Cari yanvar-iyul aylarında Azərbaycana xarici ölkələrdən 43 min 963 ton miqdarında, 45 milyon 916 min ABŞ dolları dəyərində düyü gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5 min 36 ton (13 %), dəyər ifadəsi ilə 10 milyon 996 min ABŞ dolları (31,5 %) çoxdur. 2023-cü ilin ilk yeddi ayında xaricdən alınan düyünün miqdarı 38 min 927 ton, dəyəri isə 34 milyon 920 min ABŞ dolları olub.
Qeyd edək ki, cari ilin ilk yeddi ayında idxal olunan düyü ümumi idxalın 0,43 %-ni təşkil edib.
Şərhlər