Xəbər lenti

Xarici dil öyrənmək istəyənlər üçün ŞAD XƏBƏR
Dünya04:50 11.07.2014

Xarici dil öyrənmək istəyənlər üçün ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ mediasında yayılan xəbərlərə görə, Massaçusets Texnologiya İnstitutunun kompüter mütəxəssisi Nicholas Negroponte 30 ilə xarici dil öyrənməyə imkan verəcək bir həb hazırlanacağını iddia edir.
Qaynar.info “Azadlıq” radiosuna istinadən xəbər verir ki, mütəxəssis bu iddiasını Kanadada qatıldığı bir konfransda dilə gətirib.
Hələ 1984-cü ildə kompüterlərdə mouse-dan – “siçan”dan əl çəkiləcəyini və ekranın barmaqla yönəldiləcəyini söyləyən Negroponte-nin öncədəngörmə qabiliyyəti android telefon və tabletlərlə özünü doğrultmuşdu.
Alimin fikrincə, “bilgi həbi qana qarışaraq, bu yolla beyinə yetişəcək və müxtəlif məlumatlar beyinin gərəkli sahələrində saxlanacaq. Beləcə, istədiyi xarici dili anlayacaq adam arzuladığı kitabı oxuya biləcək”.

Qaynar.info