Xəbər lenti

Xarkovda evinə mərmi düşən azərbaycanlı ailənin kimliyi məlum oldu (YENİLƏNİB)
Ölkə10:24 05.03.2022

Xarkovda evinə mərmi düşən azərbaycanlı ailənin kimliyi məlum oldu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Xarkov vilayətində mərmi partlaması nəticəsində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Bu barədə Qaynarinfo-ya Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğundan məlumat verilib.
Bildirilib ki, ötən gün Xarkov şəhərinin 5 kilometliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan, Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib.
Onların sağ qalan 2 övladı hazırda qohumlarının himayəsi altındadır.
13:30 
Ukraynanın Xarkov şəhərində yaşayan azərbaycanlı ailənin evinə mərmi düşməsi nəticəsində 3 nəfər ölüb.
Bunu "Report”a açıqlamasında Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.
O bildirib ki, hadisə martın 4-də baş verib: "Nəticədə ev sahibi, həyat yoldaşı və bibisi dünyasını dəyişib. Ailənin üç uşağı valideynsiz qalıb. Onlardan böyüyünün 15, kiçiyinin 4 yaşı var. Həlak olanların hamısı yaxın qohumlarımdır. Çox ağır hadisədir”.