
Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl bu gün yeni partiya yaratdıqları barədə məlumat yayıb.
Bir sıra media qurumları bu məlumatı xəbər kimi tirajlayıblar. Qaynar.info saytının əməkdaşı isə xəbərin dəqiqliyinə əmin olmaq üçün Xədicə İsmayılın özü ilə əlaqə saxlayıb.
Xədicə İsmayıl Qaynar.info-ya açıqlamasında məlumatı təsdiqləyib. Lakin bir neçə dəqiqə bundan əvvəl Xədicə İsmayılın öz həmkralarını aldatdığı məlum olub. Məsələ ilə bağlı Xədicə İsmayılın özünə yazsaq da, o heç bir reaksiya vermədən sadəcə gülüşlə cavab verib.