Xəbər lenti

Xədicə İsmayılın məhkəməsi olacaq - 9 oktyabr
Ölkə13:30 03.10.2014

Xədicə İsmayılın məhkəməsi olacaq - 9 oktyabr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 3-də Elman Türkoğlunun jurnalist Xədicə İsmayıla qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib. Ərizə baxılmaq üçün icraata götürülüb. 

Qaynar.info xəbər verir ki, bu haqda Azadlıq Radiosuna Elman Türkoğlunun özü məlumat verib.

Məhkəmə oktyabrın 9-a təyin olunub. Prosesə hakim Sədrəddin Hacıyev sədrlik edəcək.

«Baş bayraqdar» ayamalı Elman Həsənov (Türkoğlu) jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin böhtan maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Qaynar.info