Xəbər lenti

Xədicə İsmayılın məktubu Penitensiar Xidmətin rəisinə yetişməyib
Siyasət11:30 09.05.2015

Xədicə İsmayılın məktubu Penitensiar Xidmətin rəisinə yetişməyib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təcridxana rəhbərliyi məktubu məqsədəuyğun hesab etməyib.
Həbsdə olan araşdırmaçı-jurnalist Xədicə İsmayılın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisinə ünvanladığı məktub göndərilməyib. Bu barədə Meydan TV-yə məlumatı jurnalistin vəkili Fariz Namazlı verib. Onun sözlərinə görə, həmin məktub Xədicə İsmayılın vəkili Yalçın İmanovla görüşünə icazə verilməməsi ilə bağlı olub: "Məktubu mayın 4-də göndərib. Ayın 6-da qeydiyyat şöbəsinin rəisi gəlib Xədicə İsmayıla deyib ki, məktubu göndərmək məqsədəuyğun hesab edilmədi". 
Meydan TV məsələ ilə bağlı Penitensiar Xidmətə yazılı sorğu göndərsə də, günün sonu olduğundan cavab verilməyib. 
Qaynar.info