Xəbər lenti

Xəstənin ölümündə həkimin günahı sübuta yetirildi
Ölkə07:36 06.06.2013

Xəstənin ölümündə həkimin günahı sübuta yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış “Məhkumlar” bədii televiziya serialının 34-cü bölümündə də bir sıra maraqlı hadisələr baş verir.

Qalib Leylanın telefon nömərəsini əldə etmək üçün Xuramanın  çantasını oğurlamaq məcburiyyətində qalır. Leylaya zəng etdiyi məqamda polislər Qalibi yaxalayırlar. Araşdırmaların sonunda  müstəntiq Rüstəmə bəlli olur ki, atası xəstəsi olmuş Kamilin ölümüdə günahkardır. Tahir qolları bağlı Zər Şahmarın gözləri qarşısında Şəbnəmə təcavüz etmək istədiyi zaman Adil gəlib çıxır. 

Adillə Tahir arasındakı mübarizədə Adil qalib gəlir və Şəbnəmlə birlikdə yaralanmış Şahmarı evə gətirirərək ona tibbi yardım göstərilməsində yardımçı olur. Şahmar Adilə onu ailəsinə qaytardığı üçün təşəkkür edir. Zərintac yemək hazırlayan Tunzaləyə zəhər verir ki, Şahmarın boşqabına töksün. Və...  

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, “Məhkumlar” serialının 34-cü bölümünü bu axşam saat 19.10-da ATV kanalında izləməyi unutmayın. 

Qaynar.info