Dünya 12:55 21.11.2022

Xəşuridə dava: ağır yaralılar var - Üç azərbaycanlı saxlanıldı

Xəşuri bələdiyyəsinin Qomi kəndi yaxınlığında üç Azərbaycan vətəndaşı saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Prime Time” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, yerli yeməkxanada bir neçə nəfərin iştirakı ilə dava düşüb. İki nəfər yaralanıb - Türkiyə vətəndaşı və Gürcüstan vətəndaşı kəllə-beyin travması ilə yerli xəstəxanaya çatdırılıb.

Dava iştirakçıları hadisə yerində tutularaq yerli polis bölməsinə aparılıb. Hələlik ittiham irəli sürülməyib, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Nizami Bağırov