Xəbər lenti

Xətaidə yanan bina sakinlərinə pul verilir
Ölkə12:10 01.06.2015

Xətaidə yanan bina sakinlərinə pul verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayonunda yanmış binada mənzili olan ailələrin hər birinə 15 min manat ayrılıb. Bunu apa-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. O, bu məqsədlə 1 milyon manat ayrıldığını deyib. Bina sakinləri pulu almaq üçün iyunun 1-dən Xətai rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.

BŞİH başçısı bu binada vəfat edən və ya xəsarət alanlar olmadığına görə hər bir ailəyə bərabər miqdarda – yəni 15 min manat vəsait veriləcəyini bildirib. Bu il aprelin 10-da Bakının Xətai rayonunda, Zığ şosesi, 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında güclü yanğın olub.

Bina hazırda dövlət hesabına təmir olunur. 

Qaynar.info