Xəyanət gündəlik həyatlarımızda heç birimizin qəbul etmədiyi, tənqid etdiyi və qarşı çıxdığı bir mövzudur. Bəs bu qədər insan buna qarşı olduğu halda, bu qədər xəyanət edən insan haradan peyda olur? İnsan niyə aldadır? Əslində bunun müxtəlif cavabları ola bilər. Bu gün isə biz sizə məhz bu mövzunu ana xətti etmiş maraqlı filmlərlə cavab verməyə çalışacağıq.
Beləliklə,Qaynar.info Pahoo.az-a istinadən kinomatoqrafiyanın da yan keçə bilmədiyi mövzu olan xəyanət haqqında 10 ən gözəl filmi təqdim edir:
Biri həkim, digəri professor olan Catherine və David (Liam Neeson & Julianne Moore) bir-birini tamamlayan cütlük kimi görünürlər. Şəhər xaricinə çıxan David oğlunun sürpriz doğum günü şənliyini qaçırdığında, Catherine’in başında şübhələr meydana gəlməyə başlayır və ərini bir imtahandan keçirməyə qərar verir. Chloe (Amanda Syfried) adlı bir eskort qızla razılaşan Catherine, onun David’lə yaxınlaşmasını istəyir. Lakin hadisələr Catherine’nin planlaşdırdığı kimi inkişaf etməyəcək.
Edward və Connie cütlüyünün xoşbəxt evliliyi var. Yağışlı bir gündə taksi saxlayarkən yıxılan Connie’yə yaraşıqlı kitabçı Paul Martel kömək edir və dizindəki yaranı sarımaq üçün onu evinə dəvət edir. Daha sonra Paul’u heç cür fikrindən çıxara bilmədiyini anlayan Connie onu yenidən görmək istəyir və ehtiraslı bir münasibət başlayır. Edward – qısqanan, əzab çəkən və intiqam almaq istəyən kişi kimi arvadının sevgilisini izləyir. Filmin baş rollarında Richard Gere və Diane Lane’i görürük.
7. Vicky Cristina Barcelona (2008)
Amerikalı Vicky və Cristina İspaniyada birlikdə yay keçirirlər. Yaraşıqlı sənətkar (Javier Bardem) və onun gözəl, lakin çılğın keçmiş həyat yoldaşı (Penélope Cruz) ilə tanış olurlar. Vicky (Rebecca Hall) evlənməyə hazırlaşan mühafizəkar qadındır. Cristina (Scarlett Johansson) isə cinsi macəralara açıq azad ruhlu qadındır.
Dan (Jude Law) nekroloqlar yazaraq pul qazanan, lakin yazıçılıq hədəfi olan gənc jurnalistdir. Bir qəza nəticəsində tanış olduğu amerikalı Alice (Natalie Portman), gəncin ilham pərisinə çevrilir. Dan yazdığı kitab çapa hazırlanarkən, üz qabığına vurulacaq fotoşəkil üçün müraciət etdiyi fotoqraf Anna’ya (Julia Roberts) aşiq olur. Yeni boşanmış Anna Dan’ın marağını qarşılıqsız qoyur və Dan sayəsində tanış olduğu həkim Larry (Clive Owen) ilə evlənir. Lakin Anna və Dan arasındakı enerji ikisinin də sevgililərini aldatmasına səbəb olacaqdır. Bu münasibətlərinin ortaya çıxması isə dördünün də həyatını alt-üst edir.
Psixoanalist Arthur Schnitzler’in romanı əsasında psixoanaliz və seks haqqında olan filmdə Doktor Bill Harford (Tom Cruise), həyat yoldaşının (Nicole Kidman) o günə qədər gizlədiyi cinsi arzularını öyrənincə, həyatında şübhə, qorxu və cinsi kəşflərlə dolu yeni bir səhifə açılır.Pianoçu bir dostu sayəsində qatıldığı şənlikdə uzun və macəra dolu bir gecədə yaşanan kabus dolu saatlar izah edilməkdədir. Kino sənətinin ən böyük adlarından olan Stanley Kubrick’in filmi Eyes Wide Shut, 2 ildə çəkilmiş və hər kəs tərəfindən bəyənilmişdir.
Rejissor Sam Mendes’in filmi Richard Yates’ın eyni adlı kitabından çəkilmişdir. “Revolutionary Road” filmi ər-arvad olan Frank və April’ın evlilikləri üzərində qurulmuş bir filmdir. Amerika evliliklərinin təsirli portretini çəkən filmdə, bir-birindən uzaqlaşan və fərqli bir şey sınamağa cəhd edən cütlük, başqa insanların arasına girərək (partiyalar, kokteyllər və nümayişlər) evliliklərini xilas etməyə çalışırlar. Bu xilas onları bir-birilərindən daha çox soyudur və istər-istəməz onları xəyanətə sürükləyir. Filmin baş rollarında Leonardo Di Caprio və Kate Winslet yer alır.
Yenə bir Woody Allen filmi olan Match Point’də tennisçi Chris (Jude Law) həyatı boyunca şanslı olduğu üçün həmişə paxıllığı çəkilən biri olur. Dostu Tom da bu insanlardan biridir və onun bacısıyla evlənərək sərvətindən pay almağa çalışır. Chris evlənmə ərəfəsində Tom’un gözəl nişanlısı (Scarlett Johannson) ilə tanış olur və ona heyran qalır. Heyranlıq qısa müddət sonra problem dərəcəsində ehtirasa çevriləcək və Chris’i çətin bir seçimə məcbur edəcək.
Universitetdən yeni məzun olan gənc Benjamin ailəsindən böyük dəstək alsa da, özünü böyük boşluqda hiss edir. Ətrafdakıların diqtəsiylə yaşamağı rədd edən gənc Benjamin, bir gün yaxın dostu Elena’nın anasıyla tanış olur. Qısa müddətdə fərqli duyğular bəslədiyi bu qadının köməyilə düşdüyü romantik boşluğu doldurmağa çalışacaq.
Həyat yoldaşı və qızı ilə ünsiyyət problemi yaşayan Lester (Kevin Spacey) bütün hisslərini itirmiş insandır. Uzun illərdir işlədiyi yerdə müdir onu işdən çıxarmağı planlayır. Bu azmış kimi yüksək gözləntilərinin qarşılanmadığını düşünən arvadı onunla heç maraqlanmır, yetkinlik dövrünün ortasında olan qızı isə ondan nifrət edir. Özünü bu xaosun ortasında sıxışmış hiss edən Lesterin həyatı, bir gün qızının amigo nümayişində komandasında olan ən yaxın dostu Angela’nı görməsiylə dəyişir.
Qaynar.info
Şərhlər