
“Xəzər Adaları” layihəsi ilə bağlı mediada yayılan söz-söhbətlərə baxmayaraq bu layihə üzrə 3 nömrəli körpünün tikintisi demək olar ki, sona çatdırılıb”.
Bu haqda məlumatı özünün Facebook səhifəsində “Xəzər Adaları” layihəsində Körpü-Tunel tikinti layihəsinin rəhbəri Nazim İsmayılov yazıb.
O, AzNews.az-a bu faktı təsdiq edib: “Bu körpünün istifadəyə verilməsindən sonra 4 və 11 nömrəli körpülərin tikintisinə başlanılacaq. Ümumilikdə isə layihə üzrə bu vaxtadək 3 körpü və 3 tunel inşa edilib”.
Qeyd edək ki, “Xəzər Adaları” layihəsinin rəhbəri “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli bir gün öncə sərbəst buraxılıb.
O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kredit borcuna görə saxlanılmışdı.
Qaynar.info