Avqustun 9-da Xəzər dənizində maqnitudası 3,1 olan zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:57-də qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.