Xəbər lenti

“Xəzər Lənkəran” üçün böyük iddia
İdman17:55 21.03.2013

“Xəzər Lənkəran” üçün böyük iddia

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Toşakın məşhur həmyerlisinə “gəmiçilər”in formasını geydirmək planıyla bağlı xəbər yayılıb. Uelsli mütəxəssisin Kreyq Bellamini komandasına gətirmək istədiyi deyilir.

Uels milli komandasından, əsasən də “Liverpul”dakı çıxışından tanıdığımız 34 yaşlı sol cinah vingeri hazırda “Kardiff Siti”də çıxış edir, müqaviləsinin müddəti isə yayda başa çatır. Odu ki, 10 illiyində çempionluğu hədəfləyən komanda Bellamiyə asanlıqla sahib çıxa bilər.

Qeyd edək ki, Bellami karyerası ərzində “Norviç”, “Koventri”, “Nyukasl”, “Seltik”, “Blekbern”, “Liverpul”, “Vest Hem”, “Mançester Siti” və “Kardiff Siti” klublarında çıxış edib. 1998-ci ildən Uels millisinə çağırılan futbolçu 71 oyunda 19 qol vurub. //futbol11.az