Xəbər lenti

“Xəzər Lənkəran” zəif rəqibi ilə bacarmadı
İdman05:42 03.07.2013

“Xəzər Lənkəran” zəif rəqibi ilə bacarmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına start verilib. 

Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Xəzər Lənkəran” səfərdə ilk görüşünü keçirib.

Təmsilçimiz Malta “Slima”sı ilə münasibətlərinə aydınlıq gətirib. Matçın favoriti kimi göstərilən cənublular ilk yarıda buna uyğun oyun sərgiləyib. Hesabı açan lənkəranlılar böyük üstünlüyə malik olsa da, fərqi artıra bilməyib.

Ta-Qali şəhərinin eyniadlı stadionunda keçirilən görüşün 2-ci hissəsi meydan sahibləri üçün daha uğurlu alınıb. Cüzi üstünlüyə yiyələnən maltalılar hesabda tarazlıq yaradıb. “Xəzər Lənkəran”ın qələbə qazanmaq üçün cəhdlərinə baxmayaraq, Elnur Allahverdiyevin qırmızı vərəqəsindən sonra azlıqda qalan cənublular heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 11-də Lənkəranda keçiriləcək.

Qaynar.info