Xəbər lenti

“Xəzər Lənkəran”ın ilk rəqibi bəlli oldu
İdman16:59 02.07.2015

“Xəzər Lənkəran”ın ilk rəqibi bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Kapadokya bölgəsində yeni mövsümün hazırlığını davam etdirən “Xəzər Lənkəran” toplanışın beşinci günündə də məşqlərini səhər və axşam olmaqla iki hissəyə bölüb. 

Apasport.az saytının məlumatına görə, səhər çalışmasında fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin rəhbərliyi altında müxtəlif fiziki təmrinləri və çalışmalarla məşğul olan futbolçular axşam məşqində isə baş məşqçi Yunis Hüseynovun taktiki tapşırıqlarını yerinə yetiriblər.

Bu arada, cənubluların hazırlıq oyunlarında qarşılaşacaqları ilk rəqibin kimliyi də bəlli olub. “Ağ-yaşıllar” iyulun 8-də Türkiyənin “Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq.