Xəbər lenti

“Xəzər Lənkəran”ın sabiq üzvü jurnalistin ölümünə görə həbs edildi
Ölkə12:46 15.08.2015

“Xəzər Lənkəran”ın sabiq üzvü jurnalistin ölümünə görə həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsiylə bağlı daha bir futbolçu həbs olunub. Qaynar.info komanda.az-a istinadən xəbər verir ki, bu, futbolçu Akif Tağıyevdi. 
Tağıyev jurnalist Rasim Əliyevlə bağlı hadisədən xəbərdar olub, bunu xəbər verməməkdə, gizlətməkdə ittiham olunur. Məlumata görə, o, hazırda 8-ci polis bölməsində saxlanılır. 
1993-cü il təvəllüdlü Akif Tağıyev “Araz Naxçıvan”, “Xəzər Lənkəran” kimi klublarda çıxış edib. Onun formasını geyindiyi sonuncu klub “Turan Tovuz” olub.
Avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları və dostları tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb. Faktla bağlı cinayət işi açılıb. Cavid Hüseynov barədə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qərarı verilib.
Cavid Hüseynov jurnalistin döyülməsində birbaşa iştirak etməsə də, onun Elşən İsmayılov adlı futbolçu olan bibisi oğlu, Camal Məmmədov ad-soyadlı digər futbolçu Rasim Əliyevin döyülməsində ittiham olunurlar.
Qaynar.info