"Xəzər TV"nin efirində yayımlanan "Nuş olsun" verilişinin aparıcısı Ağakərim Əbülfəzoğlu öz sevdiyi xanıma evlilik təklifi edib.
Qaynarinfo azxeber.com-a istinadən xəbər verir ki, Günel adlı xanımı studiyaya dəvət edən aparıcı canlı efirdə onun gözlərini bağlayaraq öncədən hazırladığı şəkildə evlilik təklifini edib. O, soyuducuda gizlətdiyi evlilik üzüyünü ona təqdim edib.