Xəbər lenti

Xəzər yenə can aldı, iki nəfər qurtuldu
Ölkə09:40 14.08.2016

Xəzər yenə can aldı, iki nəfər qurtuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasediciləri üçün gərgin başlayıb. Onlar 2 nəfərin həyatını qurtarıblar. 1 nəfər isə xilas ola bilməyib. 

Qaynarinfo.Az nazirliyin saytına istinadən bildirir ki, Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri Qaradağ rayonunda 2 nəfəri dənizdə batmaqdan xilas ediblər.

Xaçmaz rayonunda isə Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlu dənizdə boğulub. Xilasedicilər onun cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. 

Qaynarinfo.Az