Xəbər lenti

Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatdı: Faktiki hava
Ölkə16:00 09.02.2020

Xəzərdə dalğanın hündürlüyü 6,5 metrə çatdı: Faktiki hava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda müşahidə olunan faktiki hava durumu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, fevralın 9-u saat 19:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı, güclü küləkli hava şəraiti davam edir.
Zabrat, Maştağa, Binədə az qar yağır.
Qar örtüyünün hündürlüyü Aran rayonlarında 2-17 sm, dağətəyi rayonlarda 5-29 sm, dağlıq ərazilərdə 15-43 sm olub.
Şimal-qərb küləyi arabir Maştağada 38 m/s, Pirallahıda 35 m/s, Sumqayıtda 34 m/s, Bakıda 31 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Çilov adasında 27 m/s, Binədə 22 m/s, Zabratda 21 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə küləyin sürəti 28 m/s, dalğanın hündürlüyü isə 6,5 metrə çatıb.
Neftçala, Naftalanda 34 m/s, Tərtər, Daşkəsəndə 26 m/s, Bərdədə 25 m/s, Gəncədə 24 m/s, Salyan, Ceyrançöldə 23 m/s, Tovuzda 22 m/s, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20 m/s, Şəmkir, Astarada 19 m/s, Qrız, Xaçmaz, Culfada 18 m/s, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16 m/s, Yevlax, Şəkidə 15 m/s olub.