Xəbər lenti

Xəzərin statusu payıza qaldı
Ölkə08:12 06.01.2014

Xəzərin statusu payıza qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti, dördüncü sammiti bu ilin payızında Həştərxan şəhərində (Rusiya) keçiriləcək.

APA-nın məlumatına görə, bunu «İnterfaks» agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Cargyan bildirib.

Səfirin sözlərinə görə, sammitdə iştirakla bağlı rəsmi dəvət Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri zamanı artıq İran prezidenti Həsən Ruhaniyə təqdim olunub.

L.Cargyan həmçinin bildirib ki, sammitə hazırlıqla bağlı bu ilin yaz aylarında Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

Xatırladaq ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sonuncu, üçüncü sammiti 2010-cu ildə Bakıda keçirilib.

Qaynar.info