Xəbər lenti

Xırdalan stansiyası istifadəyə verilir
Ölkə17:42 31.10.2016

Xırdalan stansiyası istifadəyə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabr ayının sonuna yaxın "Xırdalan" stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt xətti ilə işləyəcək iki mərtəbəli sərnişin qatarının keçəcəyi bütün dəmiryol stansiyalarında təmir işləri sona çatıb. Xırdalan stansiyasi da artıq qatarı qəbul etməyə hazırdır.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ötən ilin sentyabrında istifadəyə verilib. (salamnews)

Qaynarinfo.Az