Xəbər lenti

Xırdalanda "ağac soyqırımı" - FOTOLAR
Ölkə06:04 06.05.2015

Xırdalanda "ağac soyqırımı" - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abşeron rayonunda ağaclar kütləvi şəkildə kəsilir. Bu barədə anspress-in “Qaynar xətti”nə məlumat daxil olub.
Daxil olan məlumata görə, kütləvi ağac kəsilməsi Zərifə Əliyeva küçəsi 1 saylı binanın qarşısında qeydə alınıb. Həmin ərazidə təxminən 30-dan çox ağac qırılıb.
Anspress-in əməkdaşı məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyilə əlaqə saxlayıb. Nazirlikdən bildiriblər ki, həmin ərazidəki qanunsuz ağac qırılmasının qarşısı alınıb. Hadisə barədə Abşeron rayon polis şöbəsinə məlumat verilib. Ağacları kəsən şəxslər tapılaraq cəzalandırılacaq. 








Qaynar.info