Xəbər lenti

Xırdalanın axundu Azər Sani istefa verdi
Ölkə12:01 05.05.2023

Xırdalanın axundu Azər Sani istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xırdalanın axundu işdən çıxarılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.
O, namazdan sonra elan edib ki, bu gündıən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış axund Azər Saninin işdən çıxarılmasını təsdiqləyib. Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhər məscidinin imamı Qafarov Azər Vaqif oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub.
Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir.