Xəbər lenti

Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib
Ekonomiks11:21 03.04.2019

Xızıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevral ayından etibarən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. 
Şəki, Oğuz, Göyçay, Sabirabad, Ismayilli, Astara, Bilesuvar,Saatlı, Kürdəmir, Xaçmaz, Siyəzən, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ağstafa, Qusar rayonlarının ardınca növbəti səyyar satış aprel ayının 3-də Xızı rayonunda baş tutdu. Bu günkü satış zamanı 36 vətəndaş müraciət etmiş və 20 ton azot gübrəsi satılıb.
Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edirlər.