Xəbər lenti

Xocalı faciəsi harada qeyd olunacaq? - Hərbi ekspert
Ölkə08:43 16.02.2022

Xocalı faciəsi harada qeyd olunacaq? - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Düşünmürəm ki, biz Xocalı faciəsinin 30-cu ildönümünü Xocalıda keçirə bilək”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun fikirincə, bunun üçün təhlükəsizlik baxımından zəmanət hələ formalaşmayıb:
"Bu zəmanət hələ ki, mövcud deyil. Amma istəlinən halda biz bunu daha geniş şəkildə qeyd etməli, Xocalı faciəsinin qatillərini dünya ictimaiyyətinə təqdim etməli, onların beynəlxalq məhkəməyə cəlb olunmasını təmin etməliyik”.
Ədalət Verdiyev bildirib ki, Xocalı faciəsi Azərbaycan tarixində baş vermiş ən qanlı faciədir:
"Xocalı soyqırımında iştirak edən bir çox erməni vəhşiləri hələ də layiqli cəzalarına çatdırılmayıblar”.
Bahar Rüstəmli