Xəbər lenti

Xocavəndə icazəsiz keçmək istəyənlər həbs edildi
Ölkə15:59 26.04.2021

Xocavəndə icazəsiz keçmək istəyənlər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisinə qanunsuz daxil olan dörd nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.
Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.