Gələn il Sankt Peterburq şəhərində keçirilməli olan buzüstü Xokkey üzrə dünya çempionatına ev sahibliyi Rusiyadan alınıb.
Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Buzüstü Xokkey Federasiyası açıqlamasında
deyib.
2023-ci il çempionatı 5-21 mayda Sankt Peterburq şəhərində keçirilməli idi. Federasiya bu il Finlandiyada baş tutacaq çempionatda Rusiyanın əvəzinə seçilən yeni ev sahibinin adının açıqlanacağını bildirib.
Beynəlxalq Federasiya qərarın təhlükəsizlik məsələsinə görə verildiyini bildirib.
"Tədbirin başqa yerə köçürülməsi qərarı ilk növbədə bütün oyunçuların, rəsmilərin, media və azarkeşlərin təhlüksizliyi və sağlamlığı ilə bağlı narahatlıq səbəbindən verilib”, - deyə federasiyanın açıqlamasında deyilir.
Tass informasiya agentliyi Rusiya Xokkey Federasiyasının qərardan apelyasiya şikayəti verəcəyi ilə bağlı məlumat yayıb.
Nurlan Hüseynov