Müğənni Xuraman Şuşalı 10 kiloqram arıqlamasından danışıb.
Sənətçi Qaynarinfo-ya açıqlamasında heç bir əməliyyat keçirmədiyini bildirib:
"Diyetoloq və həkim təyinatı ilə arıqladım. İndi bütün müğənnilər onun yanına gedir və sağlam yolla arıqlayırlar. 3 aya 10 kiloqram çəki atdım. Heç vaxt əməliyyat etdirmərəm. Müğənnilərin əksəriyyəti əməliyyat etdirib. Hətta bəzilərinə bu əməliyyatlar pulsuz başa gəlib. Elə həkimlər var ki, pul da təklif edirlər, deyirlər gəlin bizim simamız olun. Mən buna getmirəm. Düşünürəm ki, buna ehtiyac yoxdur".
Xuraman Şuşalı həyatını riskə atmaqdan çəkindiyini bildirib:
"Qorxuram, həyati riskləri sevmirəm. Həm də özümü bəyənirdim. Amma son vaxtlar gördüm ki, çəki artır. Bu yaşla bağlıdır. Baxdım ki, 68 kilonu keçirəm və bu məni qorxutdu. Həm də artıq kompleksə girirdim. Ürəyim istədiyi paltarları geyinə bilmirdim. Paltarlar 36-38 ölçü üstündə olur, çəki artanda sərgi paltarlarını almaq olmur, baxa-baxa qalırsan. İndi hədəfim 7 kiloqramdır. Qarşıdakı aylarda 7 kilo verməyi düşünürəm".
Bahar Rüstəmli
Şərhlər