
Bir neçə saat öncə həbs olunan və polis şöbəsində saxlanılan Müsavat başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqovun səhhəti pisləşib.
Müsavatın Masallı RT-nın sədri Xasay Səfəroğlunun “Yeni Müsavat”a verdiyi məlumata görə, polis şöbəsində Yadigar Sadıqlının səhhəti pisləşib.
Onun dediyinə görə, bununla əlaqədar bölməyə təcili yardım maşını gəlib. Bölmədən onun səhhətinin hansı səbəbdən pisləşməsi haqda açıqlama verilməyib.
Qaynar.info