
Bakıya yağan güclü yağış nəticəsində böyük tıxac yaranıb.
Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxta yağan yağış sularının yaratdığı fəsadlar nəticəsində Rəsulzadə, Biləcəri qəsəbələri, 7 və 8-ci mikrorayonlarda tıxac əmələ gəlib.
Qeyd edək ki, yaran tıxac nəticəsində əhali sərnişin avtobuslarından düşərək piyada hərəkət edirlər.
Qaynar.info