Xəbər lenti

Yağış kəsib, amma “28 May” metrosu hələ damır - VİDEO
Ölkə15:52 11.11.2014

Yağış kəsib, amma “28 May” metrosu hələ damır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bir neçə gün əvvəl yağan və şəhərdə ciddi fəsadlarla müşaiyət olunan yağışlar dayansa da “28 may” metrosu hələ də damır. 
Virtualaz.org saytının müxbiri bu gün səhər saatlarında metronun “28 may” metrosunun çıxışında Cəfər Cabbarlı stansiyasına düşən pilləkənlərə tavandan yenə su damdığının şahidi olub. Stansiyanın bu çıxışı iki il əvvəl təmirə bağlanıb, təmir işləri bitsə də stansiya hələ açılmayıb.
Bəs yağış yağmadığı halda yeni təmir olunan stansiyaya su haradan damır?
Bu suala cavab tapa bilmək üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. N.Paşayev belə bir hadisədən xəbərdar olmadığını, ancaq araşdıracağını dedi.
Qeyd edək ki, noyabrın 3-də Bakıya yağan güclü yağışlar zamanı “28 may” stansiyasının çıxışında bir neçə yerdə yağış suları içəri axırdı. Müxbirimiz bunu  əks etdirən fotolar çəksə də metropoliten sözçüsü faktı təkzib etmişdi. Baxmayaraq ki, metronun su daman hissəsi nəzarət kameralarının bilavasitə altındadır və həmin faktı Metropoliten rəsmiləri asanlıqla qeydə ala bilərdi.
Qaynar.info