Xəbər lenti

Yağış Zərdaba fəlakət yaşatdı
Ölkə09:38 22.06.2013

Yağış Zərdaba fəlakət yaşatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aran bölgəsinə yağan güclü yağış Zərdab rayonunda bir sıra fəsadlar törədib.

Zərdab rayon İcra Hakimiyyətinin birinci müavini Allahverdi Səfərov APA-nın yerli bürosuna bildirib ki, yağış əsasən elektrik təsərrüfatına və kənd təsərrüfatı məhsullarına ziyan vurub. Belə ki, rayonda kombayn çatışmazlığı ucbatından hələ də biçilməmiş taxıl sahələri və son günlərdə biçilmiş yonca yağış sularının təsirindən yararsız hala düşüb.

Bundan əlavə, işıq dirəklərində qısaqapanma nəticəsində baş verən yanğın rayonda enerjinin verilişində fasilələrin yaranmasına səbəb olub. Artıq bu problem həll olunub. Rayonun bütün yaşayış məntəqələrə elektrik enerjisinin verilişi tam bərpa olunub.

A.Səfərov onu da qeyd edib ki, yağış suları rayon ərazisindən keçən çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Lakin Kür çayının sağ və sol sahillərində bəndləmə işi aparıldığından, bunun rayon üçün heç bir təhlükəsi yoxdur.