Yalnızlıq deyilərkən ağla gələn ilk şey hər kəslə münasibəti kəsib uzaqlaşmaqdır. Halbuki bu tamamilə yalnışdır. Çünki yalnızlıq paylaşılmır, seçilir. Yalnızlığı seçən insanlar daha çox yaradıcı olurlar.
Qaynarinfo xəbər verir ki, ABŞ-dakı SUNY Buffalo Universiteti mütəxəssisləri 295 insan üzərində aparılan təcrübələr zamanı iştirakçılarda "yalnızlığı axtarma səbəbləri” soruşulub.
Bununla yanaşı, depressiv əlamətlərdən yaradıcılığa qədər hər növ davranışlar incələnib.
Təcrübə nəticəsində utancaqlıq ilə yaradıcılıq arasında birbaşa əlaqə olduğu müəyyən edilib. Təcrübənin nəticələri ilə bağlı danışan mütəxəssis Culia Bovker "Yaradıcı ağıllı insanlar ətraflarında daha az insana ehtiyac duyurlar” deyib.
Yekun nəticə bu olub ki, yalnızlıq intellektin göstəricisidir. Belə ki, belə insanların yarışları özləri ilə olur. Onların yaradıcılığına və yaratdıqlarına hörmətlə yanaşın. Onlar ətrafdakı insanlar tərəfindən anlaşılmağa ehtiyac duymazlar.
Nərmin Həsənli