Xəbər lenti

Yanacaqdoldurma məntəqəsinə basqın edənlər ələ keçdi
Ölkə13:29 21.12.2013

Yanacaqdoldurma məntəqəsinə basqın edənlər ələ keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şamaxıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər yaxalanıb.

Qaynar.info
-nun Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Çıraqlı kəndinin ərazisindəki "Hacı Petrol" yanacaqdoldurma məntəqəsinə "VAZ-2121" markalı avtomobildə gəlmiş 2 naməlum şəxs oranın işçiləri Xanbaba Babazadəni və Şakir Hacıyevi bıçaqla hədələyərək onlardan 529 manat pul və 1 ədəd mobil telefon alıb avtomobilin çənini benzinlə dolduraraq oradan gediblər.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobil rayon ərazisində saxlanılmış, Qobustan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəkir Kərimov və Razi Dəmirov tutulmuşlar. Onlardan 1 ədəd bıçaq və 1 ədəd xəncər götürülüb.

Qaynar.info