
Bakıda hazırda yanğın baş verən binada jurnalist Sevinc Fədai körpəsi ilə birgə qalıb.
"Qafqazinfo" xəbər verir ki, jurnalist və bir aylıq körpəsi hələ də xilas olunmayıb. Onlar tüstüdən boğulma təhlükəsi ilə üz-üzə olduqlarını bildiriblər.
Qeyd edək ki, hadisə Azadlıq metrosunun yanındakı 16 mərtəbəli binada baş verib.
12:25
Qaynar.info-nun verdiyi xəbərə görə, jurnalisti və körpəsini hələ xilas etmək mümkün olmasa da, onlarla əlaqə yaratmaq mümkün olub. Onlarla hər şey qaydasındadır. FHN-in xilas edicilərinin yaxın dəqiqələrdə onları xilas edəcəyi gözlənilir.
13:31
Binəqədi rayonunda alışan hündürmərtəbəli binada yaşayan jurnalist Sevinc Fədai və bir aylıq Ucal körpəsi barədə son məlumat əldə edilib.
Jurnalist xanımın qohumu onların hələ də binanın içində qaldığını, amma sağ-salamat olduğunu bildirib. Hazırda onların binadan çıxarılması üzərində iş gedir.
Nailə Qurbanova adlı xanım, "Dostlar, Sevinclə Ucal salamatdı, sadəcə içəridən hələ çıxarmaq olmur" yazaraq, sosial şəbəkədə status paylaşıb.
13:51
Jurnalist Sevinc Fədai və körpə övladı Binəqədi rayonunda yanan çöxmərtəbəli binadan çıxarılıb.
Bu barədə Lent.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.


