
Ədliyyə naziri Yelena Lukaş: “Əgər Yasenyuk baş nazir vəzifəsini tutmağa razılaşarsa, onda Ukrayna hökumətinin istefası barədə qərar qəbul ediləcək"
Ukrayna prezidenti Viktor Yanukoviç “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuka baş nazir vəzifəsi təklif edib.
ANS PRESS Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamaya istinadən bildirir ki, digər müxalifət partiyası “UDAR”ın lideri Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsi təklif edilib.
Təkliflər barədə ədliyyə naziri Yelena Lukaş bildirib. “Əgər Yasenyuk baş nazir vəzifəsini tutmağa razılaşarsa, onda hökumətin istefası barədə qərar qəbul ediləcək”,- deyə o vurğulayıb.
Lukaş qeyd edib ki, qarşı tərəflə müzakirələr davam edəcək: “Geniş ictimai dialoqun təmin edilməsi üçün Ukrayna prezidenti Vitali Kliçkonu kütləvi debata çağırıb”.
Qaynar.info