
Dünya miqyasında təşkil etdikləri aksiyalarla qalmaqal yaradan Ukraynanın FEMEN qrupu bu dəfə öz ölkələrinin vətəndaşlarına dəstək olmaq üçün maraqlı addım atıblar.
Qaynar.info xəbər verir ki, Fransanın paytaxtı Parisdə aksiya keçirən FEMEN üzvləri Ukrayna prezidenti Viktor Yanikoviçin şəklini murdarlayıblar.
Bədənlərinə "Yanukoviç rədd ol!" yazan 5 FEMEN üzvü aksiyanı Ukraynanın Parisdəki səfirliyi qarşısında təşkil ediblər.







