Xəbər lenti

YAP-da nurçu var?
Siyasət17:42 15.04.2014

YAP-da nurçu var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İndi hansısa dini təmayül adı altında kimlərsə qadağan olunmuş işlərlə məşğul olursa və bunun qarşısı alınırsa, burada hər hansı sensasiya axtarmaq lazım deyil. Dövlətin qayda-qanunları var və hər şey də bu qanunlar çərçivəsində tənzimlənir”. 

Bunu publika.az-a müsahibəsində YAP-çı deputat Mübariz Qurbanlı deyib. O, bildirib ki, indi jurnalistlər bütün günü eyni mövzudan, nurçulardan yazırlar: “Ancaq əmin olun ki, bu dövlət və millət Prezident İlham Əliyevin rəhbərliyi ilə güclüdür və inkişaf edir. Azərbaycanda hər hansı qrup və ya dini təmayül ölkənin inkişafını sarsıtmaq imkanına malik deyil. Lakin bu o demək deyil ki, biz ölkənin Konstitusion əsaslarına zidd qurumların fəaliyyətinə göz yummalıyıq. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN), Daxili İşlər Nazirliyi və digər orqanları müvafiq və profilaktik tədbirlər görürlər. Hesab edirəm ki, indi hər hansı bir hadisədən yapışaraq kiminsə nurçu olması barədə fikir yürütmək əlverişli vasitə deyil”.

M. Qurbanlı YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin adının nurçuluqda hallanmasına da münasibət bildirib: “Mən bu barədə qəzetlərdə sensasiya xətrinə yayılan yazılara şərh vermək istəmirəm. Əgər ciddi söhbətlər varsa, bu barədə danışmağa hazıram. Bizim partiyanın üzvləri Heydər Əliyev siyasətinə və ideyalarına sadiq olaraq, Yeni Azərbaycan Partiyasına (YAP) daxil olan insanlardır. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərlə birlikdə Heydər Əliyev siyasətini uğurla həyata keçiririk. Ətrafımızda olan insanlar da Ulu Öndərin yolunun davamçılarıdır. Partiyamızın üzvləri hər hansı qruplarda, o cümlədən, nurçuluq deyilən qrupda təmsil olunmur və olunmamalıdır”.

Qaynar.info