Xəbər lenti

YAP-dan istefa verəcəyik - İşçilər aksiya keçrir
Ölkə08:22 10.01.2014

YAP-dan istefa verəcəyik - İşçilər aksiya keçrir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu dəqiqələrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin qatar bələdçiləri Prezdent Admistirasiyasi qarşısında etiraz aksiyası keçirir.

Bu barədə məlumatı Qaynar.info-ya ərazidə olan vətədaşlar veriblər.  Vətəndaşlar verdikləri məlumata görə, aksiya onların heç bir əsas olmadan işdən uzaqlaşdırılmasıdır. Hazırda Adminstirasiya binası önündə 70-ə yaxın işdən uzaqlaşdırılan bələdçi var. Həmçinin işçilər, Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını bildiriblər. Günün sonuna kimi bu problem həll olunmasa partiyadan istefa verəcəklərini deyiblər. 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında qatar bələdçiləri etiraz aksiyası keçirilməsi haqda xəbər vermişdik. 

Aksiyanı kişi qatar bələdçiləri keçirirlər. Aksiyaya səbəb göstərilmədən işdən çıxarılmalarıdır. Bələdçilər qurum rəhbərliyindən onların xəbərdarlıq edilmədən işdən çıxarılaraq, yerlərinə qadın bələdçilərin təyin olunmasının aydınlaşdırılmasını tələb edirlər.

Qaynar.info