Xəbər lenti

YAP-ın siyahısında yer almayan deputatdan müraciət
Siyasət09:52 29.12.2019

YAP-ın siyahısında yer almayan deputatdan müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beşinci çağırış Milli Məclisin deputatı olmuş Sona Əliyeva təmsil etdiyi 99 saylı Şəmkir kənd seçki dairəsinin insanlarına bəzi məsələlərlə bağlı müraciət edib.
Qaynarinfo xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
Müraciət Şəmkir rayonunun kənd məktəbləri ilə bağlıdır:
"Şəmkir kənd seçicilərinin nəzərinə çatdırmaq istədiyim bəzi məlumatlar var. Ələsgərli kənd tam orta məktəbi TİKA tərəfindən layihələndirilib, üzümüzə gələn il yenidən tikiləcək.
Zəyəm Cırdaxan tam orta məktəbi Təhsil Nazirliyi tərəfindən plana salınıb, böyuk ehtimalla 2020-ci ildə yenidən tikiləcək.
Bu iki məsələ ilə bağlı mənə fəaliyyətim dövründə çox müraciətlər edilmişdi, nəticələri barədə məlumat verməyi özumə borc bildim. Qarşıdan gələn bayramınız şad xəbərlərlə açılsın!".
Qeyd edək ki, Sona Əliyeva 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısına salınmayıb.