Yaponiya Kral ailəsinin üzvü Şahzadə Ayako dənizçilik şirkətində çalışan Key Moriya ilə ailə həyatı qurub.
Qaynarinfo xəbər verir ki, mərasim Tokioda yerləşən "Meiji Shrine" məbədində baş tutub. Mərasimə 30 ailə üzvü qatılıb. 28 yaşlı Ayako sadə ailədən olan 32 yaşlı Moriya ilə evləndiyi üçün şahzadə statusunu itirib.