Xəbər lenti

Yaponiya "Ceyms Bond vukanı" barədə xəbərdarlıq etdi
Dünya09:07 11.03.2018

Yaponiya "Ceyms Bond vukanı" barədə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət öncə Yaponiyada Simmoe vulkanının yenidən aktivləşməsi nəticəsində böyük qayaların qopduğu bildirilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya rəsmi dairələri bu barədə ölkə vətəndaşlarına xəbərdarlıq edib. Verilən açıqlamada böyük qayaların dağdan 4 kilometr uzaqlığa qədər düşə biləcəyi vurğulanıb.
Xatırladaq ki, uzun müddətdir aktivləşən vulkanik püskürmələr dünən partlayışlara müşayiət olunub.
Qeyd edək ki, Simmoe dağı 1967-ci ildə çəkilən "You Only Live Twice" (Sadəcə iki dəfə yaşar - red.) adlı Ceyms Bond filmində cinayətkar qruplaşmanın sığınacağı kimi təsvir edilib.