Xəbər lenti

Yaponiya hökuməti 37 milyon insanı işıqları söndürməyə çağırır
Dünya08:43 27.06.2022

Yaponiya hökuməti 37 milyon insanı işıqları söndürməyə çağırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiya hökuməti Tokio və ətraf ərazilərin sakinlərini elektrik təchizatının məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib və daha az elektrik istifadə etməyə çağırıb.
Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə Yaponiya höküməti məlumat yayıb.
İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bu gün günortadan sonra elektrik enerjisinə tələbatın kəskin artacağını bildirib.
Məlumatda qeyd edilir ki, insanlar qənaət rejiminə keçməli, ehtiyac olmadıqda işıqları yandırmamalıdırlar. Lakin istilərə görə kondisionerdən istifadə etmək olar. Hökumət vətəndaşları Tokio vaxtı ilə saat 15:00-dan etibarən üç saat ərzində zərurət olmadan elektirk enerjisindən istifadə etməməyə çağırıb. 
Artıq bir neçə həftədir ki, rəsmilər temperaturun artması ilə əlaqədar elektrik enerjisinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edirlər.
Həftəsonu Tokionun mərkəzində havanın temperaturu 35C-dən yuxarı qalxıb, paytaxtın şimal-qərbində yerləşən İsasaki şəhərində isə rekord göstərici 40,2C qeydə alınıb. Bu, iyun ayında Yaponiyada qeydə alınan ən yüksək temperaturdur.
Nurlan Hüseynov