
998 tonluq “Şoko Maru”adlı tanker Himeji limanı sahillərində havaya uçub.
Axar.az Yaponiyanın yerli televiziya kanalı NHK-yə istinadən xəbər verir ki, səkkiz nəfərlik gəmi heyətinin 7 üzvi xilas edilsə də, onların vəziyyəti ağır olaraq qiymətləndirilir, bununla belə, gəminin kapitanı itkin düşüb.
Yanğın xəbərini eşidən Yaponiya Baş naziri Şinzo Abe hadisə yerinə gəlib.
Partlayışın səbəb isə hələlik məlum deyil.
Xatırladaq ki, Yaponiyanın “Syoho“ gəmiçilik şirkətinə məxsus olan “Şoko Maru“ tankeri yanğından əvvəl xam neft yükünü boşaltmış olub.
Qaynar.info