Xəbər lenti

Yaralı erməni əsgərlər İrəvana aparılır
Dünya13:30 20.03.2015

Yaralı erməni əsgərlər İrəvana aparılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün cəbhə xəttində baş verən atışma zamanı yaralanan erməni əsgərlər paytaxt İrəvana aparılır.
Azvision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Klinik Hospitalının rəisi Aram Asaturyan bildirib.
“Onların vəziyyəti stabil ağırdır. Bir hərbçi qarın nahiyəsindən yaralanıb, digərinin isə əli amputasiya olunub”, - deyə hospitalın rəisi bildirib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, martın 19-da cəbhədə baş vermiş döyüş nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.
Qaynar.info