Xəbər lenti

Yaralı XTQ giziri şəhid oldu (YENİLƏNİB)
Ölkə17:41 17.09.2022

Yaralı XTQ giziri şəhid oldu (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.
Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah şəhidlərimizə rəhmət eləsin.
21.41
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.
Qeyd edək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi. O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.