Xəbər lenti

Yardımlıda bələdiyyələr artıq "seçilib"
Ölkə13:10 31.08.2014

Yardımlıda bələdiyyələr artıq "seçilib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İcra başçısı rayonda «seçki bazarı» açıb, sədr olmaq istəyən 5 min manatından keçməlidir

Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq ən passiv həddə olsa da, bəzi rayonlarda artıq məsələ ciddi qazanc mənbəyinə çevrilib. Jam.az xəbər verir ki, Yardımlı rayonunda bu sahədə hətta çox «irəliyə» gedilib. 

Məlumatlara görə, rayonun icra başçısı Sevindik Hətəmov seçkilərə 4 ay qalmış artıq öz siyahısını tərtib etməklə yanaşı, həm də hər bir kənd üzrə bələdiyyə sədrləri və üzvlərini müəyyənləşdirib. 

Məlumata görə, icra başçısının siyahısı bir müddət əvvəlcədən hazırlanmağa başlayıb. Üstəlik, sədr və ya üzv olmaq üçün qiymətlər də müəyyənləşdirilib. 

İddia edilir ki, Yardımlıda bələdiyyə sədri olmağın qiyməti 5000 manatdır. Kənd bələdiyyələrinin üzvü olmaq istəyənlər üçün isə bu rəqəm 2000 manatdır. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info