
Economist Intelligence Unit-in (EIU) mütəxəssisləri keçmiş sovet məkanında yaşamaq üçün ən yaxşı və ən pis yerlərin adını açıqlayıb.
BBC-nin verdiyi məlumata görə, məlum olub ki, ən yaxşı yer Sankt-Peterburq, ən pis yer isə Kiyevdir.
Kiyevin reytinqdə rəqiblərindən geri qalmadığı yeganə sahə təhsildir.
Digər kateqoriyalarda Ukraynanın paytaxtı Moskva, Sankt-Peterburq, Bakı və Almatıdan daha az bal toplayıb. Yekun nəticələrə görə, Kiyev dünyanının ən gözəl şəhəri olan Avstraliyanın Melburn şəhərinə deyil, vətəndaş müharibəsindən ziyan çəkən Dəməşqə daha yaxın olub.
Tədqiqatın hesabatında vəziyyətin pisləşməsinə, əsasən 2014-cü ildə Donbasda müharibə başladıqdan sonra stabillik göstəricilərinin aşağı düşməsinin səbəb olduğu göstərilib.
Stabillik reytinqi - cinayətkarlıq səviyyəsinin, terror təhlükəsi, kütləvi intizamsızlıq və silahlı münaqişənin törəməsidir.
Reytinq tənqidçilərinin fikrincə, Kiyevin yeri (140 şəhər arasında 131-ci yer) aşağıdır və bu da onu göstərir ki, göstəricilər, əsasən, EİU ekspertlərinin qiymətləndirməsinə əsaslanıb.
"Kiyevin reytinqi ilə razılaşmaq çətindir. Bəli, problemlər var. Amma islahatlar və qərarlar nəticəsində bu şəhər aşağı deyil, irəli gedir", - deyə Böyük Britaniyanın Ukraynadakı səfiri Judith Gough "Twitter" hesabında yazıb.
Xüsusilə, "stabillik" kateqoriyası (yekun nəticədə 25%) şirkətin özünün şəxsi reytinqinə əsaslanır. Ona görə də Ukraynanın şərqindəki müharibənin pataxtdakı həyat şəraitinə təsir göstərməsi barədə təsəvvürlər bir qədər şişirdilə bilər. Ukrayna paytaxtının üstünlükləri də var. Belə ki, Kiyevdə yaşam dəyəri indeksi Moskva və Sankt-Peterburqla müqayisədə aşağıdır.
O ki qaldı Rusiyanın "şimal paytaxtına", Britaniya şirkətinin təsəvvürünə görə, stabillik və səhiyyə cəhətdən Moskvadan daha yaxşıdır. Peterburqda mədəniyyət və ətraf mühitlə bağlı məsələlər yaxşı vəziyyətdədir. İnfrastruktur təqribən Moskva səviyyəsindədir. Peterburq yalnız təhsil sahəsində Moskvaya ciddi şəkildə uduzur.(virtualaz.org)
Qaynarinfo.Az