Xəbər lenti

Yaşayış evlərinin tikintisinə 297 milyon manat sərf olunub
Ekonomiks 18:59 12.03.2025

Yaşayış evlərinin tikintisinə 297 milyon manat sərf olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 8,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8% az investisiya yönəldilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 32,5%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 20,8% az olub. 

İstifadə olunan investisiyaların 1 milyard 50,6 milyon manatı və ya 52,3%-i məhsul istehsalı sahələrinə, 661,5 milyon  manatı (32,9%-i) xidmət sahələrinə, 296,8 milyon manatı (14,8%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 

Əsas kapitala yönəldilən investisiyaların 1 milyard 422,4 milyon manatını və ya 70,8%-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyard 558 milyon manatı və ya 77,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->