Xəbər lenti

Yasir Ərəfatın qisası alınacaq
Dünya05:38 08.11.2013

Yasir Ərəfatın qisası alınacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fələstinin "Fəth" hərəkatı Fələstinin sabiq dövlət başçısı Yasir Ərəfatı öldürənlərin tapılması üçün axtarışların davam etdirildiyini bildirib.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, hərəkat bununla bağlı açıqlamasında bildirib: "Bu, bizim üçün prioritet məsələlər sırasındadır. Günahkarlar tapılacaq və qatillərdən qisas alınacaq".

Məlumata görə, Fələstin prezidenti Mahmud Abbas Y.Ərəfatın ölümünü araşdırmaq üçün yaradılan Fələstin İstintaq Komissiyasının işini yaxından izləyir.

Qaynar.info